Rusiyada tələbə hərbi komissarlığı yandırmaq istədi

Rusiyada tələbə hərbi komissarlığı yandırmaq istədi
Barnaulda hərbi komissarlığı yandırmağa cəhd edən tələbə həbs olunub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisəsinin 18 yaşlı tələbəsi Ukrayna ilə müharibənin əleyhdarıdır və gənclərin cəbhəyə göndərilməsinin qarşısını almaq istəyib. O özünün düzəltdiyi əldəqayırma yandırıcı məhluldan (Molotov kokteyli) istifadə ilə komissarlığa od vurmağa çalışıb. Lakin FTX onu yaxalayıb.

Tələbə barəsində “terrora cəhd” maddəsi ilə cinayət işi başlanıb. Həbs edilən şəxsin Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət etdiyi istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...