Kreml Trampın bu həftə atəşkəs qərarını gözləməsinə reaksiya verdi

Kreml Trampın bu həftə atəşkəs qərarını gözləməsinə reaksiya verdi

ABŞ prezidenti Donald Trampın bu həftə Rusiya tərəfindən atəşkəslə bağlı cavab gözlədiyini bildirməsinə Kreml cavab verib.

Qaynarinfo xəbər verir ki, Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında, həftənin sonunadək Putinlə Tramp arasında danışıqların planlaşdırılmadığını bildirib.

Lakin ABŞ tərəfi ilə mövcud əlaqələr zərurət yaranarsa, telefon danışığını tez bir zamanda razılaşdırmağa imkan verəcək:

"Əlaqələr kifayət qədər mürəkkəb şəkildə davam edir, çünki Ukrayna münaqişəsinin nizamlanması asan məsələ deyil. Rusiya bu münaqişənin nizamlanmasına, öz maraqlarının təmininə can atır və dialoqa açıqdır, bu mövzuda işi davam etdiririk”.

Putinin nümayəndəsi əlavə edib ki, enerji infrastrukturuna zərbələrə müvəqqəti moratorium "müəyyən irəliləyişin” göstəricisidir. Lakin dərhal da bildirib ki, Putin bu moratoriumun uzadılması barədə göstəriş verməyib. Moskva, həmçinin, onun gələcək taleyi ilə bağlı danışıqlar aparmır.

Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp Moskvadan atəşkəslə bağlı təklifə cavabı bu həftənin sonunadək gözlədiyini bildirmişdi.

"Əgər Rusiya konkret cavab verməzsə, Birləşmiş Ştatların danışıqlardan çıxa biləcəyi istisna olunmur” – bu fikri Parisdə keçirilən danışıqlardan sonra dövlət katibi Marko Rubio səsləndirib.

Qeyd edək ki, Ukrayna cəbhədə tam atəşkəsə razılıq verib, Rusiya isə yalnız energetika obyektlərinə zərbələrə fasilə verməyə razılaşıb. Bundan əlavə, ruslar bu öhdəlikləri pozmaqla yanaşı, "atəşkəs” dövründə daha çox mülki ukraynalını qətlə yetiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...