ABŞ-dan Krım tatarlarına dəstək

ABŞ-dan Krım tatarlarına dəstək


ABŞ Dövlət Departamenti Rusiyaya çağırış edib. Axar.az xəbər verir ki, rəsmi Vaşinqton Rusiyanın Krım Tatar Milli Məclisinin fəaliyyətini dayandırmaq qərarını pisləyib.

Department Krım Tatar Milli Məclisini demokratik təşkilat adlandırıb, Krım-tatar xalqını təmsil edən bir qurum olduğunu xatırladıb. Ayrıca, Məclisin Krım tatarlar mədəniyyətinin mühafizə edilməsi və ayrı-seçkiliyə qarşı əhəmiyyətli müstəqil qüvvə olduğu deyilib.

“Rusiyanın Ukraynada tatar rəhbərliyinə öz qanunlarını tətbiq etmək səlahiyyəti yoxdur. Rusiyaya növbəti dəfə Krımda işğalı dayandırmaq və bu torpaqları Ukraynaya qaytarmaq çağırışı edirik. İşğal davam etdikcə, Krım ilə bağlı sanksiyalar davam edəcək”, - açıqlamada qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...