Prezidentdən parlamentə marixuana təklifi

Prezidentdən parlamentə marixuana təklifi


Meksika prezidenti Enrike Pena Nieto ölkədə tibbi məqsədlə istifadə olunan marixuananın qanuniləşdirməsini təklif edib

PİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Meksikada marixuanadan istifadə barədə keçirilən yığıncaqda iştirak edən prezident Nietonu parlamentə marixuana tərkibli dərmanlardan istifadənin qanuniləşdirilməsi təklifini verib. Qanun layihəsində eyni zamanda hər adamda saxlana biləcək marixuana çəkisinin 5qr-dan 28 qr-a qədər yüksəldilməsi təklif olunub.

Qeyd edək ki, Nieto iclasdakı çıxışında: “Əgər bu təklif təsdiq olunarsa, onda marixuanadan və o tərkibli dərmanlardan istifadəyə icazə veriləcək. Bundan sonra ölkədə marixuana və THC tərkibli dərmanlara, onların idxalına imkan yaradılacaq ” deyə, bildirib.

Xatırladaq ki, hal-hazırda Meksikada narkotik istehsalı və satışı qadağandır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...