İŞİD Avropa çempionatı zamanı terror aktları planlaşdırıbmış

İŞİD Avropa çempionatı zamanı terror aktları planlaşdırıbmış

Terrorçu İŞİD qruplaşmasının AVRO-2016-da Rusiya və İngiltərə arasında keçiriləcək oyundan öncə azarkeşlərə hücum planı üzə çıxıb. "The Sun" xəbər verir ki, Paris və Brüsseldə terror aktlarının təşkilatçısı Salah Abdeslamın noutbukundan tapılmış məlumatlar əsasında belə qənaətə gəlinib.

Hücumlar zamanı terrorçu-kamikadzelər, "Kalaşnikov" avtomatları, kimyəvi silahlı pilotsuz uçan aparatlardan istifadə ediləcəkmiş. Terror aktının iyunun 11-nə təşkili nəzərdə tutulubmuş.

Abdeslamın noutbukundan Marselin köhnə limanından fotolar və istinadlar tapılıb. Həmin limana qrup mərhələsindəki ilk oyundan öncə iki həftə ərzində İngiltərə yığmasının tərəfdarları gələcək. Azarkeşlərə hücumun barlarda təşkili variantı da nəzərdən keçirilib. Qeyd edək ki, İngiltərə - Rusiya görüşü iyunun 11-də olacaq.("Report")


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
714 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...