Hakan Şükür ABŞ-a qaçdı

Hakan Şükür ABŞ-a qaçdı


Türkiyə futbol millisinin keçmiş futbolçusu, Fətullah Gülənin qatı tərəfdarı Hakan Şükürün ABŞ-a qaçdığı müəyyən olunub.
Turkustan.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsiylə bağlı barəsində cinayət işi açılan Hakan Şükürün ABŞ-a köçdüyünü məhkəmədə onun vəkili Əli Onur Günçel məhkəmədə açıqlayıb.
Hakim Hakan Şükürün vəkilinə müvəkkilinin Amerikadakı ünvanını bildirməsi üçün növbəti iclasa qədər möhlət verilməsinə qərar verib.
Qeyd edək ki, Hakan Şükür tvitterdə Ərdoğan haqqında söyüşlə müşayət olunan təhqiredici ifadələr yazmışdı. Onun haqqında "prezidentə təhqir" maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
744 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...