ABŞ Dövlət Departamentinin əməkdaşları Obamanı Əsəd rejimini devirməyə çağırdı

ABŞ Dövlət Departamentinin əməkdaşları Obamanı Əsəd rejimini devirməyə çağırdı


ABŞ Dövlət Departamentinin 50-dən çox əməkdaşı Obama administrasiyasının Suriyadakı siyasətini kəskin tənqid edən daxili memorandum imzalayıblar. Sənədin məzmunu “Wall Street Journal” və “New York Times” qəzetlərinə məlum olub.
Bəyanatda deyilir ki, ABŞ Suriya hakimiyyəti tərəfindən atəşkəs rejiminin mütəmadi pozulmasının qarşısını almaq üçün Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyatlara başlamalıdır.


Memorandumun müəllifləri hesab edirlər ki, "Əsədin hakimiyyətdən sui-istifadəsinin dayandırılmaması yalnız özünü “İslam Dövləti” adlandıran qruplaşmalar kimi qrupları ideoloji cəhətdən möhkəmləndirəcək, baxmayaraq ki, İŞİD döyüş meydanında taktiki uğursuzluğa uğrayır". Dövlət Departamentinin nümayəndəsi belə bir memorandumun alınması faktını etiraf edib, lakin onun məzmununa şərh verməkdən imtina edib.

BBC-nin Vaşinqtondakı müxbiri Barbara Plettin memorandumu görmüş məmurla söhbətindən aydın olur ki, memorandumun müəlliflərini belə bir sənədin hazırlanmasına "hazırkı status-kvonu saxlamağın mümkün olmaması" vadar edib. Onlar hesab edirlər ki, Amerika tərəfindən hərbi zərbələr bardə real təhlükəni dərk etmədən Əsədin üsyançılar ilə ciddi danışıqlar aparmağa heç bir stimulu olmayacaq.

Çərşənbə günü ABŞ-ın dövlət katibi Con Kerri Suriya üzrə bütün hərbi əməliyyatların intensivliyinin azalmasına baxmayaraq, Hələbə hücumun davam etdirilməsində Suriya hakimiyyəti ittiham edib.

Moskvanın Dəməşqə göstərdiyi dəstəyi şərh edərkən cənab Kerri deyib ki, Rusiya başa düşməlidir ki, ABŞ-ın səbri sonsuz deyil. Bundan az sonra Rusiya müdafiə nazirliyi Hələbdə əldə olunmuş 48 saatlıq "sükut rejimi”nin Rusiyanın köməyi ilə əldə olunduğunu elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
809 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...