Ukraynada rusiyalı diplomat rüşvət verərkən saxlanılıb

Ukraynada rusiyalı diplomat rüşvət verərkən saxlanılıb


Ukrayna Təhlükəsizlik Xidmətinin (TX) əməkdaşları Xarkovda rusiyalı diplomatı yerli polisə rüşvət verərəkən tutublar.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, saxlanılan kişi özünü RF-nin Xarkovdakı Baş Konsulluğunun diplomatı olduğunu söyləyib, pasportunu və akkreditasiya kartını TX əməkdaşlarına təqdim edib.


Məlumata görə, o, özü və xarici ölkənin digər diplomatı üçün sürücülük vəsiqəsi əldə etmək istəyib. Bunun üçün rusiyalı diplomat polisə 400 dollar məbləğində rüşvət təklif edib. Xəbərə əsasən, rusiyalı diplomatın Ukrayna üçün "arzuedilməz şəxs" ("persona non-grata") elan edilməsi məsələsinə baxılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
751 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...