Putin Rusiyanın bütün səfirləri geri çağırdı

Putin Rusiyanın bütün səfirləri geri çağırdı


Rusiya prezidenti Vladimir Putin gələn həftə XİN-də ölkənin xaricdəki səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə müşavirə keçirəcək.


AzVision.az `life.ru`-ya istinadən bildirir ki, bu cür müşavirələr hər iki ildən bir keçirilir və artıq ənənə halı alıb.

Putin qeyd edib ki, diplomatlarla görüş və birbaşa danışıqlar dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün lazımdır. Rusiya lideri bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək. Onun görüş zamanı dünyanın gündəmində olan məsələləri müzakirə edəcəyi, həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcəyi bildirilir.

Qeyd edək ki, iki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...