Rusiya “Türk axını” layihəsinə qoşulmağa hazırdır

Rusiya “Türk axını” layihəsinə qoşulmağa hazırdır


Rusiya “Türk axını” layihəsi ilə bağlı yenidən danışıqlara başlamağa hazırdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın “Qazprom” şirkətinin sözçüsü Sergey Kupriyanov deyib: “Qazprom” “Türk axını” layihəsi məsələsində hər zaman dialoqa hazırdır”.

Qeyd edək ki, ötən il noyabrın 24-də Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra layihə dondurulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini bildirməsindən sonra isə əlaqələrin normallaşacağı ilə bağlı nikbin proqnozlar səsləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...