Telefonlara narkotik ilə bağlı SMS-bildirişlər gəlir

Telefonlara narkotik ilə bağlı SMS-bildirişlər gəlir

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sağlam həyat tərzinin təbliği ilə bağlı bildiriş və zəruri əlaqə vasitələri sms vasitəsilə mobil rabitə abunəçilərinə göndərilir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat verib.

Telefonlara göndərilən SMS-məlumatlarda “Gələcəyinizi düşünün, özünüzü və yaxınlarınızı narkomaniyadan qoruyun” bildirimləri gəlir. İyunun 3-cü ongünlüyündən başlayan SMS maarifləndirmə mərhələli qaydada həyata keçiriləcək və təqribən 1,5 milyon abunəçiyə ünvanlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...