Rusiya İstanbul terroruna görə ABŞ-ı günahlandırdı

Rusiya İstanbul terroruna görə ABŞ-ı günahlandırdı


Rusiya Dövlət Duması Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Atatürk Hava Limanında terakt törədən Əhməd Çatayev ilə bağlı ABŞ Federal Təhqiqat Bürosunu (FTB) günahlandırıb. GUNDEMİNFO.AZ axar.az-a istinadən bildirir ki, rusiyalı deputat Çatayevin bir müddət öncə Rusiyada axtarışa verildiyini xatırladıb:

"Biz FTB-dən Çatayevin ekstradisiyasını istədik, ancaq vermədilər. O da gedib İstanbulu partlatdı. Bunun məsuliyyətini kim daşıyır?"

Xatırladaq ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb. Partlayışın əsas təşkilatçısı Dağıstan əsilli Rusiya vətəndaşı Əhməd Çatayev olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
667 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...