Ermənistan ordusunda ölüm halları üçqat artıb

Ermənistan ordusunda ölüm halları üçqat artıb


2016-cı ilin ilk 6 ayı ərzində Ermənistan ordusunda 136 əsgər, könüllü və hərbçi həlak olub.

APA-nın “Epress” xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin iyulun 4-də açıqladığı hesabatda deyilir.


Maraqlıdır ki, ölüm faktlarının 17-si Ermənistan, 119-u isə Dağlıq Qarabağ ərazisində qeydə alınıb.

131 ölüm faktı rəsmi səviyyədə təsdiqlənib.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi bildirir ki, 2015-ci ilin ilk yarısı ilə müqayisədə cari ilin analoji dövründə orduda ölüm faktları 3 dəfə artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...