Satqın general işi: Prokurorluq ölkəni satıb

Satqın general işi:


Gürcüstan Baş Prokurorluğu Rusiyaya 2008-ci ildən sonra Müdafiə Nazirliyinin Hərbi Polisində fəaliyyət göstərən əməkdaşların fəaliyyəti və şəxsi həyatları haqqında bütün informasiyaları verib. Axar.az xəbər verir ki, bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan SQ Baş Qərargahının keçmiş rəisi Georgi Kalandadze söyləyib. Onun sözlərinə görə, hazırda həm Rusiya, həm də Gürcüstan general Roman Dumbadzenin ölümü ilə bağlı araşdırma aparır.

O, həmçinin 2008-ci ildəki müharibənin iştirakçısı olan xüsusi təyinatlıların da informasiyalarının Moskvaya ötürüldüyünü söyləyib. Qeyd edək ki, Roman Dumbadze 2012-ci ildə Moskvada öldürülüb. Onun qətlinin əsas sifarişçisi kimi Hərbi Polisin keçmiş rəisi Meqis Kardava günahlandırılır. Bəzi mənbələr Dumbadzenin qətlini həm də gürcü xüsusi təyinatlılarının həyata keçirdiyini iddia edirlər. Rusiya isə Dumbadzenin ölümünü siyasi sifariş hesab edir və qətldə Saakaşvili hökumətini günahlandırır.

General Dumbadze 2004-cü ildə baş tutan Acariya böhranının əsas liderlərindən biri olub. Acariya böhranına qədər o, Batumidəki 25-ci motoatıcı briqadanın rəhbəri vəzifəsində çalışıb. Acariyada Abaşidze-Dumbadze üsyanının yatırılmasından sonra mərhum general həbs edilib və sonra vətənə xəyanətdə ittiham olunub. Satqın general 2008-ci ildə 12 gürcü əsgəri qarşılığında Potidə Rusiyaya təhvil verilib. Bundan dərhal sonra Dumbadze Rusiya vətəndaşlığına qəbul olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
954 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...