Kılıçdaroğlu Ərdoğana 50 min təzminat ödəyəcək

Kılıçdaroğlu Ərdoğana 50 min təzminat ödəyəcək

Ankara Məhkəməsi prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının 35-ci qurultayı ilə bağlı TBMM-dəki qrup toplantısında işlətdiyi ifadələrə görə, CHP rəhbəri Kamal Kılıçdaroğlunu cəzalandırıb. Onun barəsində verilən şikayətlər əsasında 2 ayrı iddia üzrə ümumilikdə 50 min lirə təzminat ödəməsi qərarı verilib.

Lent.az-ın məlumatına görə, hakim Ayxan Yılmaz iddianı qismən təmin edib. Kılıçdaroğlunun hər bir iddia üzrə prezident Ərdoğana 25 min lirə təzminat ödəməsinə qərar verilib.

Qeyd edək ki, iddia ərizəsində prezident Rəcəb Tayyib Ərdoğana qarşı ağır təhqirə görə, Kılıçdaroğlundan 100 min lirə mənəvi təzminat tələb edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...