Yunanıstana enən hərbi helikopter Türkiyəyə qaytarılacaq

Yunanıstana enən hərbi helikopter Türkiyəyə qaytarılacaq


Yunanıstana enən, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter tezliklə geri qaytarılacaq. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, helikopterdəkilərdən 2-si mayor, 1-i kapitan, 5-i isə əsgərdir. Onlar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, helikopter tezliklə Türkiytəyə geri qaytarılacaq. Türk hərbçilərinin sığınacaq xahişinə isə müvafiq orqanlar baxacaq. Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin şəxslərin dərhal Türkiyəyə təhvil verilməsini istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...