Rusiyalılara Türkiyəyə uçuşla bağlı məhdudiyyət qoyuldu

Rusiyalılara Türkiyəyə uçuşla bağlı məhdudiyyət qoyuldu

Rusiyalılar dövlət çevrilişinə cəhddən sonra Türkiyəyə istənilən aviaşirkətlə uçmaq imkanından müvəqqəti məhrum ediliblər. Trend-in verdiyi məlumata görə, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının vitse-prezidenti Dmitri Qorin bildirib.

O deyib ki, bazar günü Türkiyəyə uçuşla bağlı qarışıqlıq yaranıb: "İnsanların əlində bilet vardı. Görünür, heç də hamı məsələdən agah deyildi. Buna görə də bir çoxları aeroportda qeydiyyat bölməsində idilər. D.Qorin əlavə edib ki, hətta Türkiyə aviaşirkətlərinin rusiyalıları göyərtəyə götürmək haqqı yoxdur: "Bununla belə, turistləri istirahətlərini yarımçıq qoyub evə qayıtmağa heç kim məcbur etmir".

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
624 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...