Fransada kilsəyə hücum: Keşiş öldürüldü

Fransada kilsəyə hücum:


Fransanın şimalında kilsədə dindarları girov götürən iki nəfər zərərsizləşdirilib. AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb. İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

***
(13:04)

Fransanın şimal-qərbində yerləşən Sent-Etyen-dyu-Ruvr kontonun Ruvr şəhərində naməlum şəxslər kilsəyə hücum edib. AzVision.az Fransa KİV-nə istinadən xəbər verir ki, bıçaqla silahlanan iki naməlum şəxs kilsəyə daxil olaraq, orada ibadət edən insanları girov götürüb. İlkin məlumata görə, 6 nəfərin girov götürüldüyü bildirilir. Hazırda hadisə yerinə xeyli sayda polis cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...