Türkiyə-Suriya sərhədində güclü partlayış: 44 ölü, 140 yaralı var

Türkiyə-Suriya sərhədində güclü partlayış: 44 ölü, 140 yaralı var

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Suriyanın şimalındakı Haseke vilayətinin Qamışlı rayonunda, Hilal qovşağı yolunda baş verib.
Məlumata görə, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb.
Eyni zamanda, hadisədə 30 evə ciddi zərər dəyib.
Suriya dövlət agentliyi (SANA) patlayışda 44 nəfərin öldüyünü, 140 nəfərin yaralandığını, mərkəzi qərargahı Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Şurası isə aralarında mülki vətəndaşların da olduğu 14 nəfərin öldüyünü açıqlayıb.
"Reuters"in xəbərinə görə, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Məlumatda, həmçinin Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda partlayış nəticəsində qırılan şüşələrin 2 nəfəri yaraladığı vurğulanıb. Yaralılar Mehmet Sait Biçen (68) və Nasrettin Dikkat (76) Nusaybin Dövlət Xəstəxanasına qaldırılıblar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...