Lotereyada ada qazandı

Lotereyada ada qazandı

Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.
"Report" xəbər verir ki, adanı lotoreyaya "qoyanlar" Daq və Salli Baytslar olub. Onlar ötən əsrin 90-cı illərindən Kusaiedə yaşasalar da, nəvələrinə görə vətənlərinə - Avstraliyaya qayıtmaq qərarına gəliblər.
Uduşlu biletlərin qiyməti təxminən 50 Avstraliya dolları (36 ABŞ dolları) olub. Lotoreyada 50 mindən çox insan iştirak edib. Qalibin kimliyi tam bəlli deyil, yalnız onun adının Coşua olduğu məlumdur.
Baytsların dediyinə görə, onlar adalarını normal yolla satmaq istəməyib. Satışa maraq qatmaq istəyən cütlük oğulları Adamın ideyası əsasında lotoreya təşkil edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...