88 diplomat Gülənə görə XİN-dən qovuldu

88 diplomat Gülənə görə XİN-dən qovuldu


Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyinini 88 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, işdən azad edilən diplomatlar arasında 2 səfir var: “Xüsusi komissiya yaradılıb. Qarşıdakı günlərdə nazirliyin daxilində ixtisarlar aparılacaq. Bir neçə səfirlə də bağlı araşdırma aparırıq. Dəqiqləşdirilməsi lazım olan xəbərlər var. Bundan sonra konkret addımlar atılacaq”.

O, həmçinin əlavə edib ki, Türkiyənin Kazandakı konsulluğunda çalışan diplomat əməkdaşlardan biri Yaponiyaya qaçıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...