“WikiLeaks” Klintonla bağlı məxfi sənədləri yayacaq

“WikiLeaks” Klintonla bağlı məxfi sənədləri yayacaq


“WikiLeaks” ABŞ prezidentliyinə namizəd Hillari Klintonun seçki kampaniyası ilə bağlı yeni sənədlər yaymağa hazırlaşır. İKT.lent.az-ın xəbərinə görə, bunu “WikiLeaks”in yaradıcısı Julian Assanj deyib.

O, CNN-in efirində bildirib ki, H. Klintona qarşı hər hansı şəxsi qərəzi yoxdur, lakin əlində onun seçki kampaniyası ilə bağlı müxtəlif məlumatlar var və bunlar çox maraqlıdır. “Biz bilirdik ki, indiki məqamda bu informasiyalar maksimum diqqət çəkəcək. Bunu etməli idik. Əgər biz həmin sənədləri demokratların qurultayından sonra açıqlasaydıq, demokratlara səs verən seçicilərin qəzəbini təsəvvür etmək çətin olmazdı”, - deyə J. Assanj demokratların qurultayı öncəsi yaydıqları sənədləri şərh edərkən söyləyib.

O, məxfi yazışmaları haradan əldə etdiklərini açıqlamayıb: “Əgər siz bizim Amerika kəşfiyyatından tam həqiqət olan informasiyaları qəbul edib, yaymağa və daha sonra öz mənbəmizi qorumağa hazır olub-olmadığımızı soruşursunuzsa, bizim cavabımız “hə” olacaq”.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) demokratların elektron poçtunun “sındırılması” ilə əlaqədar araşdırma aparır. Bu məsələdə əsas versiya kimi “Rusiya izi” nəzərdən keçirilir. Belə ki, Rusiyanın ABŞ-dakı seçki kampaniyasına müdaxilə edərək Donald Trampın qələbəsinə şərait yaratmaq istədiyi güman olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...