İslam Kərimovun qızı Özbəkistan xalqını təbrik etdi

İslam Kərimovun qızı Özbəkistan xalqını təbrik etdi


Özbəkistan prezidenti İslam Kərimovun qızı Lola Kərimova-Tillyayeva müstəqillik günü (1 sentyabr) ərəfəsində respublika günü münasibətilə təbrik edib.

Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir. “Səmimi qəlbdən həmvətənlilərimi Müstəqillik günü münasibətilə təbrik edirəm! Mən əməksevər, sonsuz istedada və mərhəmətli ürəyə malik Özbəkistan xalqına xoşbəxtlik, çiçəklənmə və əmin-amanlıq arzulayıram”, - deyə Lola Kərimova-Tillyayeva öz “İnstagram” səhifəsində yazıb.

Lola, ötən şənbə günü Özbəkistan prezidentinin beyninə qan sızdığını və xəstəxanaya aparıldığını, hazırda reanimasiya şöbəsində müalicə olunduğunu bildirib: “Onun gələcək durumu barədə hər hansı proqnoz vermək hələ tezdir”.

Xatırladaq ki, 1989-cu ildən bəri Özbəkistanı idarə edən İslam Kərimov 78 yaşındadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...