Türkiyə tank qoşun birləşmələrini PYD ilə üzbəüz məkanlara toplayır

Türkiyə tank qoşun birləşmələrini PYD ilə üzbəüz məkanlara toplayır

İstanbulun Maltəpə rayonunda yerləşən tank qərargahından tank və zirehli vasitələrin daşınmasına başlanılıb. ATV Az bildirir ki, tank və zirehli vasitələr PYD nəzarətində olan Meydani Əkbəz bölgəsinin qarşısında yerləşən Qaziantəp şəhərinin İslahiyə əyalətinə aparılır.

Hazırda tank və zirehli vasitələrin daşınması davam edir. Artıq İslahiyə əyalətində 106 artilleriya alay briqadası yerləşdirilib. Bu arada, qərargahdan gətirilən tank və zirehli vasitələrin bu gün səhər saatlarında Suriya ilə sərhəddəki "Fərat qalxanı" əməliyyatına göndərildiyi bildirilib. Qurban Bayramına kimi daşınması planlaşdırılan tank və zirehli vasitələrin bir hissəsinin Suriya sərhəddində yerləşdiriləcəyi, ehtiyac olarsa, sərhəd xəttində olan qüvvələrə veriləcəyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...