Putin Kərimovun məzarı önündə diz çökdü

Putin Kərimovun məzarı önündə diz çökdü

Rusiya prezidenti Vladimir Putin Kərimovun dəfn olunduğu məzarlığa gəlib. Rusiya lideri İslam Kərimovu Özbəkistanın baş naziri ilə birgə yad edib. Putin diz çökərək Kərimovun məzarına qızılgüllərdən ibarət gül dəstəsi qoyub. RİA Novosti-nin məlumatına əsasən, Putin İslam Kərimovun məzarını ziyarət etdikdən sonra Özbəkistan prezidentinin Səmərqənddəki iqamətgahına gəlib.

Burada Kərimovun fotosu önünə gül dəstəsi qoyduqdan sonra Putin mərhum prezidentin həyat yoldaşı - Tatyana Kərimova və kiçik qızı Lola Kərimova-Tillyayeva şəxsən başsağlığı verib. Putinin Kərimovlar ailəsi ilə danışığı mətbuat üçün qapalı keçib.

Rusiya prezidenti Vladimir Putin mərhum prezident İslam Kərimovun xatirəsini yad etmək üçün Səmərqənddə səfərdədir. Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, Özbəkistana səfər edəcəyini Putin hələ Çində G20-nin sammitində iştirak edərkən açıqlamışdı. Qeyd edək ki, İslam Kərimov sentyabrın 2-də vəfat edib. Sentyabrın 3-də baş tutan dəfn mərasimində Rusiyadan baş nazir Dmitri Medvedevin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti iştirak etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...