ABŞ-da polis qaradərilini güllələdi - VİDEO

ABŞ-da polis qaradərilini güllələdi -


ABŞ-ın Talsa şəhərində (Oklahoma ştatı) polis əməkdaşı afroamerikalını öldürüb. Bu barədə AzVision.az “Associated Press”-ə istinadən xəbər verir. Yayılan video-görüntülərdə şəxsin əlləri yuxarı halda maşından düşərək polis əməkdaşına yaxınlaşdığı görünür. Bundan sonra polis həmin şəxsi elektroşokla vurub, daha sonra ona tabel silahından atəş açıb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, öldürülən Terens Kratçer silahsız olub. Onu güllələyən şəxs artıq işdən uzaqlaşdırılıb. Faktla bağlı araşdırmalara aparılır.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
677 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...