15 iyul gecəsində Ərdoğanı harada və necə vurmaq istəyiblər?

15 iyul gecəsində Ərdoğanı harada və necə vurmaq istəyiblər?


Türkiyənin "Hürriyyət" qəzetinin yazarı Abdulkadir Selvi 15 iyul dövlət çevrilişi cəhdi zamanı prezident Ərdoğan və ailəsinin hansı təklifi rədd etdiklərini açıqlayıb.

Avropa.info xəbər verir ki, Selvi 15 iyul gecəsi Ərdoğanın təyyarəsinin endiyi Atatürk hava limanında baş verənləri yazıb.

Selvinin iddiasına görə, Ərdoğan və ailəsi təyyarə enişi edəndən sonra hava limanındakı Şərəf salonuna aparılır. Bu zaman çevrilişçilərə məxsus alçaq uçuş edən bir vertolyot "Doçka" silahının lüləsini bu salona çevirir. Polisin xüsusi təyinatlı dəstəsi intensiv atəşlə qarşılıq verincə, vertolyot geri çəkilmək məcburiyyətində qalır və sonra Ərdoğan ailəsi oradan çıxarılır. Hava limanı rəsmilərinin prezidentinə, "Sizi sığınacağa endirək" təklif etdiyini deyən, Selvi Ərdoğanın tərəddüd etmədən təklifi rədd etdiyini yazıb. Selvinin iddiasına görə, rəsmilər "O zaman ailənizi sığınacağa götürək" deyirlər, lakin ailə də bunu qəbul etmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
639 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...