Səudiyyə Ərəbistanı OPEK-ə gizli sövdələşmə təklif edibmiş

Səudiyyə Ərəbistanı OPEK-ə gizli sövdələşmə təklif edibmiş

Bu günlərdə OPEK ölkələrinin hasilat həcminin dondurulması ilə bağlı gəldikləri razılıqdan az öncə Səudiyyə Ərəbistanının OPEK-ə gizli sövdələşmə təklifi etdiyi məlum olub.

Virtualaz.org “Wall Street Journal”a istinadən xəbər verir ki, məlumatlı mənbələrin bildirdiklərinə görə, Əlcəzairdəki iclasa az qalmış Ər-Riyad hasilat həcmini sutkalıq 400 min barel azaltmağa razı olduğunu deyib, bircə şərtlə ki, İran hasilat həcmini sutkalıq 3,6 milyon barrel həcmində saxlasın və sanksiyaların tətbiqindən öncəki həcmə qədər qalrıdmasın. Sutkalıq hasilat həcmini 4,2 milyon barrelə yüksəltməkdə israrlı olan Tehran bu təkliflə razılaşmayıb.

Mənbələrin bildirdiklərinə görə, əvvəllər neftin qiymətinin 20 dollara düşəcəyi halda belə buna davam gətirə biləcəyini bəyan edən Səudiyyə Ərəbistanı artan iqtisadi çətinliklər üzündən daha çevik mövqe sərgiləməyə məcbur olub. Belə ki. bu günlərdə ölkədə məmurların güzəştləri ixtisar edilib, yüksək vəzifəli şəxslərin maaşları isə 20% azaldılıb.

Xatırladaq ki, OPEK-in Əlcəzairdə keçirilmiş iclasında sutkalıq hasilat həcminin 32,5 milyon barrel səviyyəsində məhdudlaşdırılması barədə razılıq əldə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...