Azərbaycan BƏƏ ilə qarşılıqlı vizasız rejimə keçə bilər

Azərbaycan BƏƏ ilə qarşılıqlı vizasız rejimə keçə bilər


Azərbaycan BƏƏ-yə hər iki ölkənin vətəndaşları üçün qarşılıqlı vizasız rejim tətbiq etməyi təklif edir.

AzVision.az xəbər verir ki, bunu “Trend”ə Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, hazırda diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizasız rejim mövcuddur, 2015-ci ildən isə BƏƏ vətəndaşları sadələşdirilmiş viza sisteminin əsasında Azərbaycana gəlirlər: "İndi Azərbaycan tərəfi həm Azərbaycan, həm də BƏƏ vətəndaşları üçün vizasız rejim tətbiq olunmasını təklif edir. BƏƏ hökuməti artıq ilkin razılıq verib və hazırda məsələyə baxılır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
673 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...