Türmə rəsinin maşını partladıldı - Ermənistanda

Türmə rəsinin maşını partladıldı -


Ermənistanda “Vanadzor” cəzaçəkmə müəssisəsinin rəisi Qevork Mkrtçyanın avtomobili qumbara ilə partladılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir. Komitənin məlumatına görə, cinayətkar Mkrtçyanın Vanadzordakı iqamətgahının qarşısında dayanan xidməti avtomobilinə qumbara atıb. Partlayış nəticəsində beton örtük və maşına zərər dəyib.

Hadisə yerinə keçirilən baxış zamanı qumbaranın qalıqları aşkarlanıb. Faktla bağlı cinayət işi başladılıb. Qevorq Mkrtçyan zərərçəkmiş hesab olunub və ondan izahat alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...