Putin Rusiyanın əzəmətini qaytarır: daha bir addım

Putin Rusiyanın əzəmətini qaytarır: daha bir addım


Rusiya hazırda Misirlə SSRİ-nin Sidi-Barrani şəhərindəki hərbi bazasını kirayəyə götürmək üçün danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İzvestiya” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet tərəflər arasında danışıqların uğurla aparıldığını bildirib. Razılıq əldə olunacağı təqdirdə Rusiya 2019-cu ildə burada öz hərbi bazasını açacaq:


“Moskva öz avadanlıqlarını bu bazaya dəniz yolu ilə göndərəcək. Üstəlik, bazada daimi Rusiya hərbi kontingenti olacaq, amma ilkin mərhələdə onların sayı az olacaq”. Qeyd edək ki, SSRİ Sidi-Barranidəki bazasının fəaliyyətini 1972-ci ildə dayandırıb. Moskva o zamanlar bu baza vasitəsilə ABŞ gəmilərinin fəaliyyətini müşahidə edib.

Az öncə Rusiya Kuba və Vyetnamdakı hərbi bazalarına da qayıtmaq istədiyini açıqlamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...