Ermənistanda hökumət böhranı qubernatorlara çatdı - istefaya göndərilirlər

Ermənistanda hökumət böhranı qubernatorlara çatdı -


Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir. Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri sabah prezident iqamətgahına dəvət olunub. Danışqların mövzusu daha əvvəl siyasi dairələrdə müzakirə olunan qubernatorlardan bəzilərinin istefası olacaq.

“İsefaya göndəriləcək qubernatorlar arasında Ararat vilayətinin rəhbəri Rubik Abramyan, Armavir vilayətinin rəhbəri Aşot Kaqramyan, Lori vilayətinin rəhbəri Artur Nalbandyanın da adları var”, -deyə yazıda bildirilir.

Ararat vilayətinin rəhbəri Rubik Abramyanın istefaya göndəriləcəyi birmənalıdır. Onun yerinə sabiq ətraf mühitin qorunması naziri Aramis Qriqoryanın təyin olunacağı bildirilir.(azvision.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
683 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...