İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar - FOTO

İŞİD-çilər qadın cildində Mosuldan qaçırlar -


45 min hərbçinin iştirakı ilə başlanan Mosul əməliyyatı çərçivəsində 20-dən artıq kənd və qəsəbə terrorçulardan azad edilib.

Gundeminfo.az axar.az-a istinadən bildirir ki, hazırda şəhər mərkəzini ordudan 10 kilometr məsafə ayırır.

İraq ordusunun bu uğurlu addımı İŞİD-çiləri qorxuya salıb. Təşkilatın komandirləri ailə üzvləri ilə birgə Suriyaya qaçır, sıravi terrorçular isə müxtəlif gizli yollarla şəhəri tərk edirlər.

Dünən isə peşmərgə hərbçiləri qadın paltarında şəhərdən çıxmağa çalışan İŞİD-çiləri yaxalayıblar.

Əbu Məhəmməd adlı iraqlı "Qardian" qəzetinə açıqlamasında terrorçuların daha çox mülki əhali ilə birgə şəhəri tərk etdiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...