İraq ordusu Mosula girdi

İraq ordusu Mosula girdi


İraqda iki həftə əvvəl başlayan Mosul əməliyyatının əsas mərhələsinə start verilib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, İraqın Müdafiə Nazirliyi ordunun 9-cu zirehli diviziyasının Mosula daxil olduğunu bəyan edib. beləliklə İraq ordusu 2014-cü ildən bəri İŞİD əsarətində olan Mosula ilk dəfə daxil olub.

“CNN International” telekanalına müsahibə verən İraq ordusunun komandanı Tahsin İbrahim ilk olaraq Mosulun şərqindəki İntisar məhəlləsini tutduqlarını və bundan sonra İŞİD üzvləri ilə qanlı toqquşmaların ola biləcəyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...