ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olunub

ABŞ banklarına Şimali Koreyada hesab açmaq qadağan olunub


ABŞ rəhbərliyi ölkə banklarına Şimali Koreyada müxbir hesabı açmağı qadağan edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi Pxenyana qarşı tətbiq etdiyi yeni sanksiyalardır.

Qurumun açıqlamasında bildirilir ki, Amerikanın maliyyə institutları Şimali Koreya banklarında açılmış müxbir hesablarının dəstəklənməsini dayandırmalı, eləcə də həmin ölkənin maliyyə institutlarının ABŞ banklarına müxbir hesablarına birbaşa çıxış əldə etməməsi üçün audit tədbirləri görməlidirlər.

ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə nümayəndəsi nümayəndəsi Adam Şubin deyib ki, Şimali Koreya hakimiyyəti hələ də bir sıra şirkətlərə və agentlərə qanunsuz maliyyə tranzaksiyaları həyata keçirməkdə dəstək verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...