Ukrayna prezidenti ilə Qırğızıstan prezidenti telefonla danışıbmı - SKANDAL

Ukrayna prezidenti ilə Qırğızıstan prezidenti telefonla danışıbmı -


Ukraynanın Xarici İşlər Nazirliyi prezident Petro Poroşenkoya iddia edilən telefon dələduzlarının zəngini "təxribat" adlandırıb. Ukrayna dövlət başçısının rəsmi saytı Petro Poroşenko ilə Qırğızıstan prezidenti Almazbek Atambayev arasında telefon söhbətinin yer aldığını xəbər verəndən sonra məsələ ətrafında müəmma yaranıb.

Çərşənbə axşamı günü dərc edilən məlumat Qırğızıstanda təəccüblə qarşılanıb. «Bu məlumat həqiqətə uyğun deyil. Ola bilsin ki, Ukrayna liderini kimsə ələ salıb", - Qırğızıstan Prezident Administrasiyasının şöbə müdiri Sapar İsakov mətbuata bildirib. Bunun ardınca Poroşenko və Atambayev arasında telefon söhbəti barədə məlumat vebsaytdan yığışdırılıb. Hazırda Ukraynanın Xarici İşlər Nazirliyi baş verən "təxribatın araşdırıldığını" bildirir.

Bəzi Ukrayna saytları yazır ki, saxta zəng arxasında rusiyalı telefon dələduzları, Lexus və Vovan ləqəblərilə tanınan Aleksey Stolyarov və Vladimir Krasnov dura bilər. Hərçənd ki, hər iki şəxs hadisəyə aidiyyatı olmadığını bildirir. Bazar ertəsi cənab Stolyarov öz Facebook saytında Qırğızıstan üzrə mütəxəssis axtardığını elan etmişdi. Petro Poroşenko bundan əvvəl də rusiyalı telefon dələduzları tərəfindən hədəflənib. Telefon zəngilə bağlı hadisə Rusiya ilə Ukrayna arasında informasiya müharibəsinin şiddətlənməsinə təsadüf edir. Bu həftə ukraynalı hakerlər yüksək rütbəli Rusiya rəsmilərinin e-maillərinə giriş əldə etdiyini elan ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...