PKK liderlərindən biri məhv edilib

PKK liderlərindən biri məhv edilib


PKK terror təşkilatının liderlərindən biri olan İsa Teres öldürülüb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İ. Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.

İ. Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İ. Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub. PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib. Qeyd edək ki, İ. Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
841 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...