Saakaşvili yeni partiya üçün pul toplayır

Saakaşvili yeni partiya üçün pul toplayır


Odessanın sabiq qubernatoru Mixail Saakaşvili arzu eləyən hər kəsdən yaratdığı «Yeni Qüvvələr Hərəkatiı» Partiyasını dəstəkləməyi xahiş edib. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Saakaşvili özünün Facebook səhifəsində bəyan edib.

«Yeni Qüvvələr Hərəkatı qarşısına ambisiyalı hədəf qoyub: Ukraynada yeni siyasi sinif yaratmaq. Biz tüfeyliləri hökumətdən qovmaq istəyirik. Biz bunun mümkünlüyünə inanırıq. Biz özümüzdən başlayırıq», - deyə bəyanatda deyir.

«Biz əvvəldən dövlətlə düzgün münasibətlər qurmaq istəyirik və "Yeni Qüvvələr Hərəkatının" inkişafına, həmçinin Ukraynanı hegemon dövlətə çevirmək barədə ambisiyalı planlarımızın həyata keçməsi üçün vəsaitin toplanmasının başlanması haqqında elan edirik», - deyə Saakaşvili bəyan edib. Sabiq qubernator pulların köçürülməsi üçün bank rekvizitlərini də nümayiş eləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
822 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...