İsrail parlamentinin binasında qısa ətəklərə qadağa

İsrail parlamentinin binasında qısa ətəklərə qadağa


"The İndependent" yazır ki, İsrail parlamenti siyasətçilərin, işçilərin və qonaqların qısa ətək geyinməsini qadağan edib.

Təftiş edilmiş geyim məcəlləsinə görə Knessetdə tətbiqinə başlanmış qadağa binaya daxil olan hər bir kəsə aiddir. "Knessetə giriş üçün icazə yalnız məcəlləyə uyğun geyinmiş şəxslərə verilir", - yazılıb İsrail parlamentinin internet saytında. Elanda izah edilir ki, qolları və çiyinləri açıq mayka və köynək, şort və ayağın dörddə üçündən azını örtən və ya yırtıq şalvarlar, üstündə siyasi şüar yazılmış maykalar, qısa ətəklər və ya qısa donlar, ayaqlarında barmaqları açıq saxlayan çəkələk və ya dabansız tufli olan şəxslər parlamentin binasında ola bilməzlər.


Bu qadağan yaşı 14-dən yuxarı olanların hamısına aiddir. Knessetin sözçüsü deyib ki, əslində bu qadağan çoxdan mövcud idi, lakin ona riayət edilməsinə nəzarət olunmurdu. Buna baxmayaraq İsrail qəzetləri yazır ki, qısa don və qısa ətəklər qadağan siyahısına indi əlavə edilib.

Knessetin sözçüsü bunu da bildirib ki, qadağa tətbiq ediləndən bəri heç bir insident baş verməyib və yalnız bircə dəfə bir qadına paltarı barədə xəbərdarlıq edilib. Həmin qadın xəbərdarlığı qəbul edib və əyini dəyişib. Buna da aydınlıq gətirilir ki, Knessetə daxil olan qadınların geyiminə nəzarət qadın mühafizəçilərə, kişilərin geyimlərinə nəzarət isə kişi mühafizəçilərə həvalə edilib. "The İndependent" yazır ki, hazırda Knesssetdəki 120 millət vəkilindən 38-i qadınlardır və bu İsrail parlamenti üçün rekord saydır, amma bu tərəqqiyə baxmayaraq qadın millət vəkilləri onlara qarşı ayrı-seçkilikdən şikayətlidirlər. Bu ayın əvvəllərində bəlli olmuşdu ki, parlamentin yaxınlığında yeni sineqoq açılıb. Bu da xəbər verilir ki, Knessetdə qadın deputatlar üçün ayrılmış sektora onların yalnız yarısı sığır. Qısnama iddiaları

2016-cı ilin yazında bir İsrail telekanalının apardığı rəy sorğusu zamanı bəlli olmuşdu ki, qadın millət vəkillərindən bir çoxu seksual qısnamaya və təcavüzə məruz qalıb və bu hadisələrdən azı ikisi Knessetin binasında baş verib. "Günü bu gün mənim Knessetdə ərsiz qadın olmağım məni çətin situasiyalara salır, - deyib mərkəzçi Kulanu partiyasından millət vəkili Merav bin Ari İsrail televiziyasının ikinci kanalına. O təfərrüatlarına varmadan deyib ki, Knessetdə xoşagəlməz vəziyyətlə üçləşib, lakin məsələni yoluna qoyub. Yenə də Kulanu partiyasından Rachel Azaria deyib ki, o da Yerusəlim bələdiyyəsinin üzvü olduğu vaxtlarda onunla nalayiq rəftar edilib.

Xanım Azariya deyib ki, bələdiyyə rəisi onun çıxışlarını bilərəkdən seksual bənzəyişlərlə şəhr edərmiş və qalan üzvləri onun üstünə qəhqəhə çəkdirərmiş (BBC).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...