İŞİD türk ordusuna hücum etdi: 5 əsgər şəhid oldu

İŞİD türk ordusuna hücum etdi:


Suriyanın şimalındakı Əl-Babın Suflaniyah bölgəsində İŞİD terrorçularının bomba yüklü avtomobili partlatması nəticəsində Türkiyənin 5 əsgəri şəhid olub, 9-u isə yaralanıb.

Modern.az saytı xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Açıqlamada bildirilib ki, yaralılar xəstəxanaya yerləşdirilib və onların dərhal müalicəsinə başlanılıb. Qeyd edək ki, ötən ilin avqustun 24-dən etibarən Türkiyə ordusu Suriyada terrorçulara qarşı “Fərat Qalxanı” adlı əməliyyat həyata keçirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...