Müdafiə Nazirliyi Paşinyanı ifşa etdi: İtki verməmişik

Müdafiə Nazirliyi Paşinyanı ifşa etdi:

“Mənim addımım” blokunun sentyabrın 16-da İrəvanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dedikləri yalandır.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: "Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır".

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...