Paşinyanın KİV-ə hücumu başladı – Səs yazısını yayan...

Paşinyanın KİV-ə hücumu başladı –

Ermənistan Xüsusi İstintaq Xidməti və Ermənistan polisinin 6-cı idarəsi “Yerevan.Today” portalında yoxlamalara başlayıb.

Axar.az xəbər verir ki, yoxlamalar Xüsusi İstintaq və Milli Təhlükəsizlik xidmətlərinin rəhbərləri arasında aparılan telefon danışığının yayılmasıyla əlaqədar aparılır. Belə ki, məhz bu portal telefon danışığının səs yazısını yayan saytlardan biri olub.

“Sputnik Ermənistan” axtarışların “Yerevan.Today”in direktorunun evində də aparıldığını bildirib.

Qeyd edək ki, “Yerevan.Today” saytı Robert Köçəryana yaxınlığı ilə seçilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...