Amerika əsgərləri jurnalistləri əsir götürəcək

Amerika əsgərləri jurnalistləri əsir götürəcək


Amerika ordusunun komandirlərinə jurnalistləri cəzalandırmaq və onlara münaqişə iştirakçısı kimi yanaşmaq icazəsi verilib. Virtualaz.org saytı “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş yeni müharibə aparma qaydalarında göstərilir.

“Ümumi qaydalara görə, jurnalistlər mülki əhaliyə aiddir. Ancaq onlar silahlı qruplaşmaların üzvü ola, silahlı qüvvələri müşayiət edə və ya münaqişənin hansısa üstünlüyə malik olmayan adi iştirakçısı ola bilər”- sənəddə deyilir.
Qaydalarda bildirilir ki, hərbi əməliyyatlar barədə reportajlar kəşfiyyat məlumatlarının toplanmasına və ya casusluğa çox oxşaya bilər. Beləliklə, de-fakto casusluq fəaliyyəti ilə məşğul olan jurnalist saxlanılarkən “cəzalana” bilər. Lakin jurnalistlərə qarşı cəzanın təfərrüatları və tətbiqi barədə sənəddə ətraflı bəhs edilmir.
Beynəlxalq hüquqa görə, münaqişələrin üstünlüyə malik olmayan iştirakçılarına Cenevrə konvensiyasının müddəaları tətbiq edilmir və onlar ittiham irəli sürülmədən qeyri-müəyyən müddət saxlanıla bilər.

Pentaqon nümayəndəsinin bildirdiyinə görə, yeni qaydalar jurnalist peşəsindən pərdələnmək üçün istifadə edən terrorçulara və casuslara qarşı mübarizədə kömək edəcək. Məsələn, “İslam Dövləti” terrorçu qruplaşmasının “İnspire” adlı təbliğat jurnalının əməkdaşları üçün yeni qaydalar xəbərdarlıq olmalıdır. Sənədin tənqidçiləri isə hesab edir ki, bu qaydalar hərbi əməliyyatlar zamanı jurnalistlərin işini çətinləşdirəcək və onların məruz qaldığı təhlükəni artıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...