Qazaxıstanda uran bankı yaradılacaq

Qazaxıstanda uran bankı yaradılacaq


Qazaxıstan artıq ərazisində uran bankının yaradılması ilə bağlı MAQATE ilə saziş imzalayıb. Qazaxıstan və MAQATE uran bankının yaradılması haqqında saziş imzayıblar. ANS PRESS-in məlumatına görə, Qazaxıstan hakimiyyəti və atom enerjisi (MAQATE) üzrə Beynəlxalq agentlik ölkənin ərazisində az zənginləşdirilmiş uran bankının yaradılması haqqında razılaşmanı imzalayıb. Razılaşma Astanada Qazaxıstanın xarici işlər naziri Yerlanom İdrisov və MAQATE-
nin baş direktoru Yukiya Amano tərəfindən imzalanıb.


Sənədə əsasən, bank Qazaxıstanın şimal-şərqində Ust-Kamenoqorsk şəhərində, metallurgiya zavodu Ulbinsko ərazisində yerləşdiriləcək. Burada atom enerjisinin ehtiyacları üçün istifadə edilən az zənginləşdirilmiş uran saxlanılacaq. Qazaxıstan öz ərazisində MAQATE-nin himayəsi altında nüvə yanacağı beynəlxalq bankını yerləşdirmək təşəbbüsünü hələ 2009-cu ildə irəli sürüb.
Planlaşdırılır ki, bank könüllü ödəmələrin hesabına maliyyələşdiriləcək və MAQATE-in büdcəsinə heç bir təsir göstərməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1100 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...