Pakistan yeni nüvə raketini sınaqdan keçirib

Pakistan yeni nüvə raketini sınaqdan keçirib
“Pakistan “Şahin-2” adlı qurudan-quruya ballistik nüvə başlığı raketdaşıyıcısını uğurla sınaqdan keçirib”. “Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Pakistan ordusunun sözçüsü general Asif Qafur bildirib.
Bu raket 1500 km-dəki hədəfi vura bilir.

“Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malikdir”, - deyə general vurğulayıb.
Sınaq Omman dənizində keçirilib. Pakistanın baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib. Qeyd edək ki, Pakistan ötən il və cari ilin əvvəlində uzun və orta mənzilli raketləri sınaqdan çıxarmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
615 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...