Rusiyada şüa terapiyası aparatı onkoloji xəstəni öldürdü

Rusiyada şüa terapiyası aparatı onkoloji xəstəni öldürdü

Rusiyanın Voronej şəhərində dəhşətli ölüm hadisəsi baş verib. Onkoloji dispanserin pasiyenti olan 50 yaşlı qadın bədbəxt hadisə nəticəsində həlak olub. Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, şüa terapiyası aparatının qaldırıcı mexanizmi müayinəyə hazırlıq zamanı sıradan çıxıb və lazım olan anda dayanmayıb.

Nəticədə, xəstə aparatın iki hissəsi arasında qalaraq əzilib və hadisə yerində dünyasını dəyişib. Hazırda Rusiyanın səhiyyə naziri Veronika Skvortsovanın göstərişi əsasında “Roszdravnadzor”un əməkdaşları xəstəxanada araşdırma aparırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...