40 PKK-çı öldürüldü

40 PKK-çı öldürüldü


Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında Kürd Fəhlə Partiyası (PKK) terror təşkilatının düşərgələrinə aviazərbələr endirib. AzVision.az “NTV”yə istinadən xəbər verir ki, əməliyyatlarda 50-yə yaxın təyyarə iştirak edib. Aviazərbələr PKK-nın Kandil, Hakurk, Avaşin, Basyan və Metinada yerləşən baza və düşərgələrinə aviazərbələr endirib. Ümumilikdə 20-yə yaxın PKK obyektinə 130 bomba atılıb. Əməliyyatlar zamanı ən azı 40 PKK yaraqlısının məhv edildiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkari vilayəti ərazisində, Dağlıca kəndi ərazisində 15-dən çox əsgər və zabitin şəhid olmasına görə PKK-dan qisasın alınacağını söz vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...