Türkiyədə antiterror ƏMƏLİYYATI - 19 İŞİD üzvü saxlanıldı

Türkiyədə antiterror ƏMƏLİYYATI -
Adana, Mersin və Tekirdağda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Trend-in məlumatına görə, əməliyyat nəticəsində terror təşkilatının 19 üzvünün saxlanıldığı bildirilir.

Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Onların Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Antiterror əməliyyatı ilə bağlı başqa detallar açıqlanmayıb.

Daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan etmişdi ki, son vaxtlar İŞİD terror təşkilatının Türkiyə ərazisində fəallaşdığı hiss olunur ki, bununla əlaqədar təhlükəsizlik tədbiləri gücləndirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...