Ukraynada hotel yandı - 8 nəfər ölüb

Ukraynada hotel yandı -

Ukraynanın Odessa şəhərində hotellərin birində baş vermiş yanğın nəticəsində 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, yanğın gecə saatlarında “Tokio Star” hotelinin ikinci mərtəbəsində başlayıb.

Hadisə nəticəsində həmçinin 10 nəfər xəsarət alıb. Yanğının qarşısının alınması üçün 65 yanğınsöndürən və 10 texnika cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...