İranda kişi qiyafəsində futbol oyununa girən qadınlar tutulub – FOTOLAR

İranda kişi qiyafəsində futbol oyununa girən qadınlar tutulub –

[justify]Bu günlərdə İranda 6 qadın kişi qiyafəsində futbol çempionatını izləmək üçün stadiona girdiyi üçün həbs edilib.

Məlumata görə, qadınlar kişilərdən seçilməmək üçün üzlərinə süni bığ və saqqal yapışdırıblar. Həbs olunanlardan biri Forouh Aley İranda dərc edilən “Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. O, 5 qadınla stadiona girərək oyun zamanı çoxlu sayda fotolar çəkib. Həmin fotolar Dünya Mətbuatı Fotoları Müsabiqəsində mükafat alıb.

Qeyd olunur ki, “Azad qadınlar” adlı fəallardan ibarət qurum və çoxlu sayda insanlar FİFA-ya məktub yazaraq, qadınların stadiona daxil olması ilə bağlı müraciət etmişdi. FİFA bununla bağlı İrana müraciət etsə də, qadınlar həbs olunub. Hadisə ilə bağlı bir çox ölkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, İranda qadınların stadiona girməsi qanunla qadağandır. Buna baxmayaraq dəfələrlə qadınların gizlin şəkildə kişi qiyafəsində stadiona daxil olması ilə bağlı faktlar var. İran qanunların əsasən bu qadağanı pozan qadınlar inzibati qaydada cəza alır.[/justify]

İranda kişi qiyafəsində futbol oyununa girən qadınlar tutulub –
İranda kişi qiyafəsində futbol oyununa girən qadınlar tutulub –
İranda kişi qiyafəsində futbol oyununa girən qadınlar tutulub –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...